Malayziya Səudiyyə Ərəbistanı ilə antiterror əməkdaşlığını davam etdirəcək

Tarix : 2016/03/02 15:23     Kateqoriya : DÜNYA    


	Malayziya Səudiyyə Ərəbistanı ilə antiterror əməkdaşlığını davam etdirəcək

Malayziya və Səudiyyə Ərəbistanı ekstremizm və terrorizmlə mübarizədə “ayrılmaz tərəfdaşlar” olaraq qalacaqlar. “Star” qəzetinin yazdığına görə, bu sözləri Ər-Riyadda səfərdə olan Malayziyanın Baş naziri Nacib Razak deyib.
 
Baş nazirin sözlərini sitat gətirən qəzet yazır: “Hər iki dövlət Yaxın Şərqə xaos, ölüm və dağıntı gətirən qüvvələrlə mübarizəyə sadiq qalacaq. Malayziya bu mübarizədə həmişə Səudiyyə Ərəbistanı ilə çiyin-çiyinə addımlayacaq və həqiqi islamın müdafiəsindən geri çəkilməyəcək”.
 
Baş nazir, həmçinin xatırladıb ki, Malayziya hərbiçiləri Səudiyyə Ərəbistanının şimalında əsas məqsədi İŞİD terrorçu qruplaşmasına qarşı fəaliyyətin əlaqələndirilməsi olan çox böyük “Şimal gurultusu” hərbi təlimlərində iştirak ediblər.
 
Bundan əlavə, Nacib Razak kral ailəsinə uzun illər ərzində Malayziyaya göstərilən hərtərəfli yardıma görə minnətdarlığını bildirib./AZƏRTAC/