Mişel Platini FİFA-nın qərarından apelyasiya şikayəti verib

Tarix : 2016/03/02 16:54     Kateqoriya : Ä°DMAN    


	Mişel Platini FİFA-nın qərarından apelyasiya şikayəti verib

UEFA-nın prezidenti Mişel Platini FİFA-nın Etika Komitəsinin qərarından Lozannada yerləşən İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verib.

CAS-ın rəsmi saytı xəbər verir ki, bu şikayətdə M.Platini FİFA tərəfindən onun altı il futboldan kənarlaşdırılması cəzasına narazılıq ifadə olunub. Mənbədən bildirilib ki, artıq sözügedən məhkəmədə bu proses üzrə ilkin işə başlanılıb. Üç hakimdən ibarət məhkəmə heyəti əvvəlcə yazılı ərizə ilə tanış olacaq və ardından ilk məhkəmə dinləməsinin vaxtı təyin ediləcək.

Qeyd edək ki, M.Platini 2011-ci ildə FİFA-nın keçmiş prezidenti Yozef Blatterdən qeyri-qanuni olaraq iki milyon İsveçrə frankı aldığı üçün korrupsiyada ittiham olunmaqla əvvəlcə səkkiz il, daha sonra altı il tutduğu vəzifəsindən kənarlaşdırılıb. Analoji cəza ilə Blatter də üzləşib. Bu səbəbdən o da eyni instansiyaya apellyasiya verməyi planlaşdırır.