İstanbulda terrorçular zərərsizləşdirilib

Tarix : 2016/03/03 16:47     Kateqoriya : DÜNYA    


	İstanbulda terrorçular zərərsizləşdirilib

İstanbulun Bayrampaşa məhəlləsində polis şöbəsinə hücum edən terrorçular öldürülüb.

Anadolu Agentliyi xəbər verir ki, polis avtobusuna qumbara atan və atəş açan iki qadın terrorçu hadisə yerindən qaçaraq yaxınlıqdakı binada gizləniblər. Təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində hər iki terrorçu zərərsizləşdirilib. İstanbul valisi Vasip Şahinin verdiyi məlumata görə, terror hücumunda iki polis əməkdaşı yüngül yaralanıb.

Terrorçuların şəxsiyyətinin müəyyənləşdirildiyi barədə də məlumat yayılıb. Onların DHKP/C terror təşkilatının üzvləri Çiğdem Yakşi və Berna Yılmaz olduğu bildirilir.