Azərbaycan millisi dörd pillə irəliləyib

Tarix : 2016/03/03 17:40     Kateqoriya : İDMAN    


	Azərbaycan millisi dörd pillə irəliləyib

FİFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

«Fakt-Araşdırma» xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası 4 pillə irəliləyərək 300 xalla 112-ci pillədə qərarlaşıb.

Reytinq cədvəlinə 1506 xalla Belçika millisi liderlik edir. Hesabında 1457 xal olan Argentina yığması ikinci, İspaniya millisi (1374 xal) isə üçüncü pillədə qərarlaşıb.

Martın 26-da millimizlə yoxlama oyunu keçirəcək Qazaxıstan yığması isə 6 pillə irəliləyərək 276 xalla 125-ci yerə qalxıb. Türkiyə yığması isə 943 xalla siyahıda 20-ci yerdə qərarlaşıb.