UEFA-ya yeni baş katib seçilib

Tarix : 2016/03/04 18:47     Kateqoriya : Ä°DMAN    


	UEFA-ya yeni baş katib seçilib

Avropa futbol qurumunun sabiq baş katibi Canni İnfantino FİFA-nın yeni prezidenti seçildiyi üçün qurumun baş katibi vəzifəsinə yeni seçkilər keçirilib.
 
“Reuters” informasiya agentliyi xəbər verir ki, martın 4-də UEFA-nın İcraiyyə Komitəsi tərəfindən qurumun yeni baş katibi seçilib. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Teodor Teodoridis yeni baş katib təyin olunub. 2008-ci ildən UEFA-da fəaliyyət göstərən T.Teodoridis yeni vəzifəyə seçilənədək baş katibin müavini kimi işləyib.
 
Qeyd edək ki, UEFA-nın növbəti konqresi isə mayın 3-ə nəzərdə tutulub.