Sabiq prezidentə qarşı ittiham hazırlanıb

Tarix : 2016/03/11 13:01     Kateqoriya : DÜNYA    


	Sabiq prezidentə qarşı ittiham hazırlanıb

Braziliya prokurorluğu ölkənin keçmiş prezidenti Luis İnasiu Lula de Silvaya qarşı ittiham hazırlayıb. Onu çirkli pulların yuyulmasında günahkar bilirlər. De Silvanın işi “Petrobras” dövlət neft kompaniyasının böyük miqyaslı məhkəmə prosesinə daxildir.
 
Interfax informasiya agentliyi xəbər verir ki, San-Paulu məhkəməsi pulların yuyulması üzrə 16 nəfər barəsində ittiham irəli sürüb. Onların arasında keçmiş prezidentin oğlu da var.
 
Müstəntiqlərin fikrincə, da Silva rüşvətlə qazanılan pullar hesabına Quaruja kurort şəhərində dəniz kənarında yerləşən binada özünə 550 min dollar dəyərində mənzil alıb.
 
Keçmiş prezidentin vəkili Kriştianu Zanin Martins isə öz növbəsində de Silvanın ittihamları qəbul etmədiyini bildirib.