Qazaxıstan yığmasının heyəti açıqlanıb

Tarix : 2016/03/11 18:22     Kateqoriya : İDMAN    


	Qazaxıstan yığmasının heyəti açıqlanıb

Martın 26-da Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Qazaxıstan yığmasının heyəti açıqlanıb.
 
Dörd nəfərlik məşqçilər şurası Antalyada keçiriləcək matça 23 futbolçu çağırıb. Qazaxıstan millisinin ehtiyat oyunçular siyahısına isə 5 futbolçunun adı daxil edilib.
 
Qeyd edək ki, rəqibimiz oyunun hazırlığına martın 21-də başlayacaq. Qazaxıstan yığması martın 26-da Azərbaycan, üç gün sonra isə Gürcüstanla yoldaşlıq görüşü keçirəcək.