Rövnəq Abdullayev yenidən AFFA-nın prezidenti seçilib

Tarix : 2016/03/11 18:23     Kateqoriya : Ä°DMAN    


	Rövnəq Abdullayev yenidən AFFA-nın prezidenti seçilib

AFFA-nın hesabat-seçki konfransında açıq səsvermə yolu ilə Rövnəq Abdullayev yenidən növbəti 4 il müddətinə qurumun prezidenti seçilib.

Rövnəq Abdullayev 2008-ci ildən AFFA-nın prezidenti vəzifəsində çalışır. AFFA prezidentliyinə hər dörd ildən bir seçkilər keçirilir.