Ankarada törədilən terror nəticəsində həlak olanların sayı 34 nəfərə çatıb

Tarix : 2016/03/14 10:03     Kateqoriya : DÜNYA    


	Ankarada törədilən terror nəticəsində həlak olanların sayı 34 nəfərə çatıb

Martın 13-də Ankaranın mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən qanlı terror aktı törədilib. Ən son məlumata görə, həlak olanların sayı 34 nəfərə çatıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, 30 nəfər hadisə yerində, 4 nəfər isə xəstəxanalarda həyatını itirib. Yaralılar arasında vəziyyəti ağır olanlar var.

Ölənlərdən ikisinin terrorçu olduqları güman edilir.