Məkkədəki izdiham nəticəsində həlak olan zəvvarların sayı 717-yə çatıb -YENİLƏNİB

Tarix : 2015/09/25 14:27     Kateqoriya : DÜNYA    


	Məkkədəki izdiham nəticəsində həlak olan zəvvarların sayı 717-yə çatıb -YENİLƏNİB

Sentyabrın 24-də Səudiyyə Ərəbistanında, Məkkə şəhərinin yaxınlığında yerləşən Mina dağında ziyarət zamanı yaranan izdiham nəticəsində həlak olan zəvvarların sayı 717-yə, yaralananların sayı isə 805-ə çatıb.

Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinin məlumatına görə, hadisə yerində çoxlu sayda xilasedici və təcili tibbi yardım briqadaları işləyir.

Xatırladaq ki, bu il Həcc ziyarətində 2 milyon zəvvar iştirak edir.

İradə