İranda Ana və Qadınlar Günü qeyd olunur

Tarix : 2016/03/30 19:02     Kateqoriya : DÜNYA    


	İranda Ana və Qadınlar Günü qeyd olunur

Martın 30-u İran İslam Respublikasında Ana və Qadınlar Günü kimi qeyd olunur. Dünyada qadınlar bayramının 8 martda, İranda isə 30 martda qeyd olunması təsadüfi deyil.

Bu gün İslam dininin banisi Məhəmməd Peyğəmbərin əziz qızı Fatimə Zəhra dünyaya göz açıb. Peyğəmbərin hicrətindən 8 il əvvəl cəmadüssani ayının 20-də (miladi tarixi ilə martın 30-da) doğulan Fatimə uşaqlıq dövrünü atasının yanında keçirir və yetkinlik yaşlarında islam dinini mükəmməl şəkildə mənimsəyir.

Həzrəti Fatimə ailə quraraq İmam Əlinin həyat yoldaşı olur və analıq vəzifəsini mümkün olan ən yaxşı formada həyata keçirərək islam dininin ən görkəmli şəxsiyyətləri olan İmam Həsəni və İmam Hüseyni dünyaya gətirərək tərbiyə edir.

Həzrəti Fatimənin həyatı müsəlman qadınları üçün bir nümunədir. İranda bu görkəmli qadının anadan olduğu gün Ana və Qadın Günü kimi qeyd olunur./AZƏRTAC/