Samsun Qran-prisində Azərbaycanı 13 cüdoçu təmsil edəcək

Tarix : 2016/03/30 19:55     Kateqoriya : İDMAN    


	Samsun Qran-prisində Azərbaycanı 13 cüdoçu təmsil edəcək

Aprelin 1-də Türkiyənin Samsun şəhərində cüdo üzrə beynəlxalq Qran-pri yarışına start veriləcək.

«Fakt-Araşdırma» xəbər verir ki, üç gün davam edəcək mötəbər yarışda Azərbaycan cüdoçuları da mükafatlar uğrunda mübarizə aparacaqlar.

Samsun Qran-prisində ölkəmizi Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şixəlizadə, Tərlan Kərimov (hər ikisi 66 kq), Fəqan Quluzadə (73 kq), Ziya Namazov, Rüstəm Alimli (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (100 kq-dan yuxarı) və Aişə Qurbanlı (48 kq) təmsil edəcək.

Turnirdə 70 ölkədən 458 idmançı birincilik uğrunda yarışacaq.