Sarkisyandan ermənistan ordusunun itkiləri barədə etiraf 

Tarix : 2016/04/03 14:18     Kateqoriya : DÜNYA    


	Sarkisyandan ermənistan ordusunun itkiləri barədə etiraf 

Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağdakı döyüşlərdə Ermənistan ordusunun məruz qaldığı itkilərin bir hissəsini etiraf edib.
 
“armtoday” saytının verdiyi məlumata görə, S. Sarkisyan Təhlükəsizlik Şurasının iclasında çıxışında 18 nəfər itirdiklərini, 35-ə yaxın yaralılarının olduğunu bildirib.  
 
S. Sarkisyan XİN-ə Ermənistan və “DQR” arasında qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalanması üçün hazırlıqlar aparılmasını və müvafiq layihənin parlamentə təqdim edilməsini tapşırıb.
 
Qeyd edək ki, bəzi erməni saytlarında Ermənistan ordusunun itkilərinin 100-dən çox olması barədə məlumatlar yayılıb. /apa/