Dağ velosipedi üzrə açıq turnir keçirilib

Tarix : 2016/04/03 15:47     Kateqoriya : İDMAN    


	Dağ velosipedi üzrə açıq turnir keçirilib

zərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) 2016-cı il üçün nəzərdə tutulmuş təqvim planına uyğun olaraq, aprelin 2-də Veloparkda dağ velosipedi (MTB) üzrə açıq respublika turniri keçirilib.

AVİF-dən bildiriblər ki, yarışda peşəkar idmançılarla yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak ediblər. Reqlamentə görə, 15 və 17 yaşadək velosipedçilər 1,7 kilometrlik marşrut boyunca 5 dövrə vurublar. Məsafəni hamıdan tez qət edən “Neftçi” İdman Klubu İctimai Birliyinin təmsilçisi Vüqar Nəsibov bu yaş qrupunda birinci yeri tutub. Qədir Mustafayev ikinci, Osman Qəhrəmanov isə üçüncü olub.

1,7 kilometrlik marşrut boyunca 9 dövrə vuran Gənclər, U-23 və Elit kateqoriyasında isə Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin üzvü Orxan Məmmədov finiş xəttini birinci keçib. Bu yarışmada Musa Mikayılzadə ikinci yeri tutub, Samir Şıxəlizadə isə üçüncü olub.