Kempo döyüşü üzrə Azərbaycan çempionatı başa çatıb

Tarix : 2016/04/05 20:25     Kateqoriya : İDMAN    


	Kempo döyüşü üzrə Azərbaycan çempionatı başa çatıb

Kempo üzrə Azərbaycan çempionatı başa çatıb.

Hövsan Olimpiya Kompleksində Kempo üzrə 6-cı açıq çempionat və birincilik keçirilib. Yarış Gənclər və İdman nazirliyinin dəstəyi ilə, rəsmi olaraq Beynəlxalq Kempo Federasiyasının Azərbaycanda nümayəndəsi “Toğrul” şərq əlbəyaxa döyüş növləri və “təkmübarizlik” sənəti klubunun təşkilatçılığı ilə baş tutub. İki gün davam edən turnirə 31 klubdan 400-ə yaxın idmançı, Azərbaycan rayonlarından Tərtər, Şəki, Qazax, İsmayıllı, Ağcabədi, Qaradağ, Neftçala və Sumqayıt idmançıları da qatılıb. Yarış Full Kempo və Submişn versiyaları üzrə keçirilib. Turnirdə iştirak edən məşqçilər və qonaqlar da fəxri fərmanlar, eləcə də diplom və medallarla təltif olunublar.

Yarışdan öncə Azərbaycan çempionatının açılış mərasimi keçirilib. Tədbirə dövlət himninin səsləndirilməsi ilə start verilib. Daha sonra açılış mərasimi tanınmış incəsənət xadimlərinin iştirakı ilə bədii proqramla davam etdirilib.