«Qarabağ» - «Anderlext» 1:0

Tarix : 2015/10/02 12:12     Kateqoriya : Ä°DMAN    


	«Qarabağ» - «Anderlext» 1:0

 Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Azərbaycan çempionu "Qarabağ" oktyabrın 1-də ikinci oyununa çıxıb.

Ağdam təmsilçisi Belçikanın "Anderlext" komandasını Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 36-cı dəqiqəsində "Qarabağ"ın futbolçusu Riçard Almeyda 25 metrlik məsafədən rəqib qapısını dəqiq nişan alaraq hesabı açıb – 1:0. İlk hissənin sonunadək Azərbaycan çempionu rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratsa da top qapıdan keçməyib.

İkinci hissəyə daha fəal başlayan baş məşqçi Qurban Qurbanovun yetirmələri rəqib qapısına yol tapa bilməyiblər. Belçika təmsilçisi də ikinci hissənin sonlarına yaxın təşəbbüsü ələ alaraq "Qarabağ"ın qapısı qarşısında təhlükəli məqamlar yaradıb. "Qarabağ"ın qapıçısı İbrahim Şehiç yüksək peşəkarlıqla həmin zərbələrin qarşısını alıb və hesab arasında bərabərliyin yaranmasına imkan verməyib.

Beləliklə, avstriyalı baş hakim Oliver Draçtanın idarə etdiyi oyun "Qarabağ"ın minimal üstünlüyü ilə başa çatıb – 1:0.

"Qarabağ"ın yer aldığı "J" qrupunda digər oyun Fransada yerli "Monako" komandası ilə İngiltərənin "Tottenhem" klubu arasında keçirilib. Görüş 1:1hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, "Qarabağ" klubu qrup mərhələsi çərçivəsində ilk görüşünü Londonda "Tottenhem"ə qarşı keçirib və 1:3 hesabı ilə məğlub ayrılmışdı. "Anderlext" – "Monako" oyununda isə qalib müəyyənləşməmişdi – 1:1.