Yunanıstanda dövlət sektoru işçilərinin 24 saatlıq tətili başlayıb

Tarix : 2016/04/07 17:36     Kateqoriya : DÜNYA    


	Yunanıstanda dövlət sektoru işçilərinin 24 saatlıq tətili başlayıb

Yunanıstanda dövlət sektoru işçiləri hökumətin pensiya və mülki müdafiə sahəsində apardığı islahatlara etiraz olaraq 24 saatlıq tətilə başlayıb.

TASS informasiya agentliyi xəbər verir ki, aksiya Yunanıstanın ən iri həmkarlar birliyi tərəfindən keçirilir. Tətillə əlaqədar olaraq gün ərzində dövlət və bələdiyyə müəssisələri işləməyəcək, bütün ölkə ərazisində hökumətin “sosial müdafiə sisteminin ləğv olunması” planlarını qınayan mitinqlər keçiriləcək.

Mülki aviasiya işçilərinin assosiasiyasının və jurnalistlərin də aksiyaya qoşulduğu bildirilir. Ölkənin hava limanları “dövlət başçıları və hökumət laynerləri, hərbi aviasiya və tibb xidmətlərinin təyyarələri” istisna olmaqla, heç bir aviareysə xidmət göstərməyəcək. Aprelin 7-də Yunanıstanın “Airlines” və “Olympic Air” aviasiya kompaniyaları demək olar ki, bütün reyslərini ləğv edib.