Şimon Peres ADA-da mühazirə ilə çıxış edib

Tarix : 2015/10/02 14:44     Kateqoriya : SOSİAL    


	Şimon Peres ADA-da mühazirə ilə çıxış edib

İsrail Dövlətinin sabiq Prezidenti Şimon Peres oktyabrın 2-də ADA Universitetinin tələbələri qarşısında mühazirə ilə çıxış edib.

«Fakt-Araşdırma» xəbər verir ki, əvvəlcə ADA Universitetinin rektoru Hafiz Paşayev sabiq Prezident Şimon Peresin həyat və fəaliyyətinin əsas mərhələləri barədə məlumat verib.

Şimon Peres çıxışında altı il əvvəl Azərbaycanda olduğunu xatırladıb, ötən müddətdə ölkəmizdə xeyli inkişaf proseslərinin baş verdiyini vurğulayıb. İsrailin sabiq Prezidenti dünyada cərəyan edən siyasi proseslərdən bəhs edib. O, terrorizmə, ekstremizmə, diskriminasiyaya qarşı mübarizədə səylərin daha da gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Tələbələrə müraciət edən Şimon Peres elmə, təhsilə yiyələnməyin önəmini qeyd edib, ölkənin inkişafının bu amilin sayəsində mümkün olduğunu diqqətə çatdırıb. Sabiq Prezident bir çox nailiyyətlərin məhz elmin, informasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində əldə edildiyini bildirib.

Sonra Şimon Peres tələbələrin suallarını cavablandırıb.

Sabiq Prezidentə xatirə hədiyyəsi təqdim edilib.