SƏHİYYƏ XƏRCLƏRİ YOXSUL AİLƏLƏRİ DAHA DA YOXSULLAŞDIRIR

Tarix : 2018/05/24 21:09     Kateqoriya : SƏHİYYƏ    


	SƏHİYYƏ XƏRCLƏRİ YOXSUL AİLƏLƏRİ DAHA DA YOXSULLAŞDIRIR

 CAKARTA-İndoneziya, Universitetinin İqtisadiyyat Fakultəsinin 2017-ci il araşdırmalarına əsasən Milli Sağlamlıq Təminatı Kartı (JNK-KİS) 1,16 milyon insanı yoxsulluqdan xilas etdi.

"faktat.az"-a verilən məlumata görə, bu karta sahib olmayan insanlar müalicə xərclərini özləri ödəməli olurlar.

Halbuki, ödəmə imkanı olmayan şəxslər bu karta sahibdirlərsə ödəniş etməyə bilərlər” təcrübəli tədqiqatçı Tequh Dartono bildirdi .

Tequhun dediklərinə əsasən maddi imkanı olmayan şəxslər, kartları olmadıqda, müalicə xərcləri üçün borc götürməli olurlar.Buna görə də onların maddi vəziyyətləri daha da çətinləşir. “Maddi imkan yoxdur və borc almalı olursan. Beləliklə, bu insanlar öz uşaqlarının təhsilinə və digər məsələlərə xərclənəcək pulları müalicə üçün sərf edirlər”deyə Tequh əlavə edib. Tequhun fikrinə əsasən müalicə xərcləri üçün alınan borclar bəzən on milyonlarla rupiah ola bilər (1AZN=8,307RUPİAH). Beləki, Səhiyyə - Sosial Təhlükəsizlik İdarəsi təqribən 15 milyon insanın müalicə xərclərinə görə yoxsullaşmasının qarşısını almaq istəyir. Dövlət büdcəsindən vergi hesabına ayrılan vəsait aztəminatlı ailələrin müalicə xərclərini qarşılaya bilər.Tequhun sözlərinə əsasən, “Xəstələndikdə, ödəniş etməyə ehtiyac olmur. Kart vasitəsilə əldə olunan mənfəət ödəniləcək rüsumdan daha yüksəkdir.” 2017-ci il ərzində Səhiyyə - Sosial Təhlükəsizlik İdarəsi JNK-KİS kartı üçün 74,25 trilyon vəsaitin daxil olduğunu açıqlayıb. Belə ki, 2016-cı ildə bu göstərici 67,4 trilyon olub. Ödənişlər xaricində edilən yardımlarda da artım özünü göstərir. 2016 –cı ildə 91,1 milyon olan yardım 2017-ci ildə 92,3 milyon dəyərində olub. Dövləti büdcəsindən olan yardım isə 2016 və 2017-ci illərdə müvafiq olaraq 24,8 və 25,3 trilyon təşkil edib.