Parlamentin payız sessiyası – BAŞLADI – YENİLƏNİB

Tarix : 2019/09/30 12:17     Kateqoriya : PARLAMENT    


	Parlamentin payız sessiyası – BAŞLADI – YENİLƏNİB

Bu gün- sentyabrın 30-da Milli Məclisin (MM) 2019-cu il payız sessiyası öz işinə start verib.

"FaktAT.azxəbər verir ki, payız sessiyası dövlət himninin səslənməsi və oxunması ilə başlayıb.

Qeyd edək ki, sessiyanın ilk plenar iclasında qanunvericilik işləri planı və gündəlikdə digər məsələlər müzakirə olunacaq.

Həmçinin, qeyd edək ki, sessiyanın ilk plenar iclasının gündəliyinə 20 məsələ daxildir.

Bunlar “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Təhsil haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında” qanunlara dəyişiklik 2-ci oxunuşda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” və sairə qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələridir.

Payız sessiyasında qida təhlükəsizliyi, ali təhsil, turizm, muğam sənətinin qorunması və inkişaf etdirilməsi  ilə bağlı və digər bir neçə yeni qanun layihəsinin də birinci oxunuşlarda müzakirələrə çıxarılması nəzərdə tutulur.

Eyni zamanda, qeyd edək ki, daha çox büdcə sessiyası kimi tanınan payız sessiyası dekabrın son günlərində (29-u və 30-da) öz işini yekunlaşdıracaq.

Büdcə müzakirələrinə isə oktyabrın sonları, noyabrın ilk ongünlüyündə başlanılacaq.

Əvvəlcə komitələrdə, sonra plenar iclaslarda geniş  müzakirələr aparılacaq və yekunda 2020-ci ilin büdcəsi qəbul ediləcək.

***

“Milli Məclisin yaz və növbədənkənar sessiyalarında Konstitusiyada nəzərdə tutulan qanunvericilik işləri yerinə yetirilib”.

Bunu isə spiker Oqtay Əsədov bildirib.

Spiker qeyd edib ki, bu sessiyalar müddətində parlamentin 17 plenar iclası keçirilib, 214 qanun və qərar qəbul edilib.

Spiker həmçinin deyib ki,  MM-in xətti ilə Bakıda 4 beynəlxalq tədbir keçirilib:

“Payız sessiyasının qanunvericilik planı hazırlanıb. Bu sessiyada  bir çox mühüm qanun layihələri, o cümlədən “Dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfini qəbul edəcəyik. Əminəm ki, payız sessiyası uğurlu olacaq’. 

Kamil HƏMZƏOĞLU