Elmira Süleymanova: «Azərbaycan ən çətin dövrdə müstəqilliyini qazandı»

Tarix : 2019/11/01 11:49     Kateqoriya : SİYASƏT    


	Elmira Süleymanova: «Azərbaycan ən çətin dövrdə müstəqilliyini qazandı»

Ombudsman Elmira Süleymanova bildirib ki, qaçqın və məcburi köçkün mövzusu hökumətin və hər kəsin gündəlik məsələsinə çevrilib. "Dünya əhalisinin sayı 7 milyarddırsa, qaçqınların sayı 70 milyondur. Amma təəssüf ki, onlardan 1 milyonu cəmi 10 milyon əhalisi olan Azərbaycanın payına düşür. Qaçqın məsələsi ölkəmizi qəfil qarşıladı, amma bu xalqln əzmini qırmadı. Azərbaycan ən çətin dövrdə müstəqilliyini qazandı. O arada bir-birinin ardıyla Xankəndi, Xocalı, Şuşa və sair ermənilər tərəfindən işğal olundu. Məhsuldar torpaqlar idi gedənlər, hansı ki, xalqın bir hissəsini təmin edə bilərdi. Xalq Heydər Əliyevi 1993-cü ildə hakimiyyətə dəvət etdi və ondan sonra torpaqlarımızın işğalı prosesi dayandırıldı. 1994-cü ildə atəşkəs imzalandı ki, bu da sabitliyi möhkəmləndirdi. Az sonra bağlanan "Əsrin müqaviləsi"nin əhəmiyyəti isə olduqca böyükdür. Heydər Əliyev dedi ki, neftdən gələn gəlir ilk olaraq qaçqınların rifahına yönələcək" deyən E.Süleymanova əlavə edib ki, BMT və digər bir sıra ölkələr qaçqınları qəbul etsələr də, məcburi köçkün termini ilə razılaşmırdılar.

"Bu gün qaçqın və məcburi köçkünlərin problemi məsələsi prezident İlham Əliyevin əsas siyasətidir. 1995-ci ildə qəbul olunan anayasanın 18-ci maddəsində də qeyd olunur ki, hökumət hər bir insana kömək göstərilməlidir", - deyib E.Süleymanova.

Ombudsman bildirib ki, son illərdə Ombudsman aparatı olaraq hökumətə 700 təklif göndərib. Hansı ki, onlardan 70 faizi həllini tapıb. "Biz qaçqın və məcburi köçkünlərin şikayətlərini dinləyərək həllinə çalışırıq" deyə E.Süleymanova BMT və digər bütün qurumları yardımlarını əsirgəməməyə çağırıb.