Sədaqət Qəhrəmanova: «Öz torpaqlarımızda köçkünə çevrilmişik»

Tarix : 2019/11/01 12:18     Kateqoriya : SİYASƏT    


	Sədaqət Qəhrəmanova: «Öz torpaqlarımızda köçkünə çevrilmişik»

"Qaçqın və məcburi köçkünlərə maksimum yardım etməyi düşünürük ki, onlar düşdükləri stresdən çıxsınlar. Amma bu, belə yardımlarla mümkün deyil".

Faktat.az” xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

O, bildirib ki, qaçqın evində doğulan uşaqlar özlərini orda müvəqqəti hiss edir. Bu da çox ağırdır. Dünyanln münaqişə bölgələrində çox qaçqın var. Amma acınacaqlısı bizim payımıza düşüb ki, öz torpaqlarımızda köçkünə çevrilmişik.

"Təmsil etdiyimiz komitənin nümayəndələri hər bayram qaçqın və məcburi köçkün aadınlarl görüşür, onlara müəyyən yardım edir. Tək biz yox, başqa dövlət və qeyri dövlət nümayəndələri də bayramlarda cəbhə bölgəsində məskunlaşan insanlarla görüşür. Təbii ki, bu onların çətinliklərini tam aradan qaldıra bilməz. Hazırda milli fəaliyyət proqramı hazırlanıb və indi hökumətin masasındadır. Hesab edirik ki, insanlara kompleks kömək göstərmək olacaq" deyən S.Qəhrəmanova əlavə edib ki, qaçqın və köçkünlərə yardım mövzusunda deyil, BMT-nin qəbul etdiyi 4 qətnamənin niyə qəbul edilməməsi məsələdilə bağlı tədbir keçirək.