Rövşən Rzayev: «Əsas məqsəd qaçqın və məcburi köçkünləri evlərinə qaytarmaqdır»

Tarix : 2019/11/01 12:55     Kateqoriya : SİYASƏT    


	Rövşən Rzayev: «Əsas məqsəd qaçqın və məcburi köçkünləri evlərinə qaytarmaqdır»

"Prezident İlham Əliyev qaçın və məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görüb".
 
Faktat.az”-ın məlumatın görə, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib. Komitə sədri bildirib ki, Azərbaycana insanların vəziyyəti çox çətin olanda BMT böyük köməklər göstərib.
 
O əlavə edib ki, son illər bu nüstəvidə insanların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə 106 qəsəbə salınıb. "Ötən il 6 min ailə evlə təmin olunub, bu il də eyni sayda ailənin evlə təmin olunmasına çalışacağıq" deyən komitə sədri əlavə edib ki, BMT-nin 4 məlum qətnaməsinin nəyə görə icra edilməməsi Azərbaycan ictimaiyyətini çox ciddi narahat edir. Ona görə də, bu məsələ BMT nümayəndələri ilə müzakirə olunacaq. R.Rzayev əlavə edib ki, əsas məqsəd qaçqın və məcburi köçkünlər evlərinə qaytarmaqdır.