Nəsimi rayonunda qanvermə aksiyası keçirilib

Tarix : 2020/04/24 13:57     Kateqoriya : SOSİAL    


	Nəsimi rayonunda qanvermə aksiyası keçirilib

 İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü ilə ölkəmizdə keçirilən könüllü qanvermə aksiyasına Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının və struktur sahələrinin kollektivləri də qoşularaq aksiyada fəal iştirak ediblər.

Nəsimi rayon İcra Hakimiyyətindən “Faktat.az”-a verilən məlumata görə, B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim briqadası bu xeyirxah kompaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilib