Ombudsmanın illik məruzəsi qəbul olunub

 
Tarix : 2020/04/24 14:31     Kateqoriya : PARLAMENT    


	Ombudsmanın illik məruzəsi qəbul olunub

	 

Milli Məclisin aprelin 24-də keçirilən plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsi dinlənilib.

Məruzəni Ombudsman Səbinə Əliyeva təqdim edib.

Müzakirələrdən sonra məruzə səsverməyə çıxarılaraq qəbul olunub. /AZƏRTAC/