BƏƏ COVID-19 ilə mübarizə üçün hər şeyi edir

Tarix : 2020/04/26 15:35     Kateqoriya : DÜNYA    


	BƏƏ COVID-19 ilə mübarizə üçün hər şeyi edir

Birləşmiş Ərəb Əmirlikləri yeni koronavirus infeksiyasına 532 yoluxma faktı qeydə almış və ölkədə infeksiyanın ümumi sayının 9813-ə çatdığını və ümumilikdə aprelin 25-nə 1887 nəfərin virusdan sağaldığını, ölüm saynın isə 71-ə bildirmişdir. Virusun yayıldığı gündən ölkədə bir miliondan artıq test edilmişdir.

Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, BƏƏ humanitar yardımını və COVID-19 ilə mübarizə səylərini davam etdirir:

§ BƏƏ Əmirliklər Qızıl Aypara vasitəsi ilə Ramazan bayramı münasibətilə Yəmən Hadhramaut Qubernatorluğunun sakinlərinə 4000 ərzaq bağlaması təqdim etdi.

BƏƏ hökumətinin atdığı son addımlar arasında:

§ BƏƏ, fiziki şəxslərə və müəssisələrə qoyulan məhdudiyyətləri, dükanlar və restoranları açmaq, komendant saatı qısaltmaq və ev təsərrüfatları arasında məhdud hərəkətə icazə verildi. Yeni qaydalara əsasən mərkəzlər və restoranlar azaldılmış gücdə fəaliyyət göstərə bilər. BƏƏ hökumət nümayəndəsi, qərarın ictimaiyyətin sosial uzaqlaşmanı qəbul etməsinə cavab olaraq verildiyini və vəziyyətin dəyişdikcə qiymətləndiriləcəyini söylədi.

§ Əbu-Dabidə 48 saat ərzində COVID-19 xəstələrini idarə etmək üçün yeni bir xəstəxana inşa edildi. 127 xəstəni qəbul edə bilər və ölkə daxilində yeni sahə xəstəxanalarının ən yenisidir.

§ BƏƏ Abu Dabi İşçilər Komitəsi, özəl sektor işçilərinin hüquqlarını qorumaq və işəgötürənlərin, COVID-19 pandemiyasına görə BƏƏ-nin əmək qanunvericiliyinə uyğunluğunu təmin etmək üçün yaradılmışdır.

§ Etihad, may ayının 16-dan etibarən müntəzəm sərnişin reyslərini bərpa edəcəyini, xüsusi repatriasiya reyslərini o zamana qədər davam etdirəcəyini açıqladı.

§ BƏƏ süni intellekt modelləşdirməsindən istifadə edərək, Əbu-Dabidə olan koronavirus infeksiyası səviyyəsinin təsirli tədbirlər sayəsində yaxın altı həftə ərzində sürətlənməyəcəyini göstərir.

§ Abu Dabidə bir cütlük BƏƏ-dən uzaq bir evlilik xidməti təqdim edildikdən sonra Zoom-da evlənən ilk cütlük oldu.