Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə xalqımızı və dünya müsəlmanlarını təbrik edib

Tarix : 2020/04/26 15:52     Kateqoriya : SİYASƏT    


	Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə xalqımızı və dünya müsəlmanlarını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.

Birinci vitse-prezidentin rəsmi “Instagram” səhifəsində bununla bağlı etdiyi paylaşımda deyilir:

“Ən xoş və saf hisslərlə aşılanan, xeyirxahlıq, mərhəmət və şəfqətin təntənəsini təcəssüm etdirən mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm. İnanıram ki, bu müqəddəs ayda bütün dua və diləklərimiz qəbul olunacaq və Allah öz mərhəmətini dünyamızdan əsirgəməyəcəkdir. Hər birinizə möhkəm cansağlığı arzulayıram. Allah orucunuzu qəbul etsin!”. /AZƏRTAC/